Goal.com saytı bu il ən yaxşı futbolçuya veriləcək "Qızıl top" mükafatına namizədlərin yenilənmiş siyahısını açıqlayıb.
"Real"ın hücumçusu Kərim Benzema ilk pillədəki yerini qoruyub. "Liverpul"dan Məhəmməd Salah 2-ci pillədə qərarlaşıb. Onun komanda yoldaşı Sanio Mane isə 3-cü pilləyə yüksəlib. "Bavariya"dan Robert Levandovski 4-cü pilləyə düşüb.
Bu reytinqdə də nə Lionel Messi ( PSJ ), nə də Kriştiano Ronaldo ("Mançester Yunayted") ilk 20-likdə yer ala bilməyib.
"İlk 10"luq
1. Kərim Benzema ("Real")
2. Məhəmməd Salah ("Liverpul")
3. Sadio Mane ("Liverpul")
4. Robert Levandovski ("Bavariya")
5. Kilian Mbappe (PSJ)
6. Vinisius Junior ("Real")
7. Luka Modriç ("Real")
8. Kevin de Brüyne ("Mançester Siti")
9. Filip Foden ("Mançester Siti")
10. Trent Aleksander-Arnold ("Liverpul")