Andre Villaş-Boaş Mərakeş millisinin baş məşqçisi ola bilər

15:45 10 May 2022

Portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş Mərakeş millisinə rəhbərlik edə bilər. 44 yaşlı mütəxəssis bu postda Vahid Halilhociçi əvəz edə bilər. Villaş-Boaşın milliyə gəlişi Halilhociçlə münaqişəsi olan “Çelsi”nin mərakeşli yarımmüdafiəçisi Hakim Ziyexin də yığma komandaya qayıtmasına təsir edəcək.
 
Villaş-Boaşın son iş yeri 2019-2021-ci illərdə çalışdırdığı “Marsel” olub.
 
Portuqaliyalı mütəxəssis əvvəllər “Portu”, “Çelsi”, “Tottenhem”, “Zenit” kimi klublarda çalışıb. 


Digər xəbərlər

Xəbər xətti