Ukrayna millisinin formasında Azərbaycan bayrağı yer alıb - FOTO

16:10 10 May 2022

Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb. Sportarena.az Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytına istinadən xəbər verir ki, formanın üzərində ölkənin xəritəsi təsvir olunub.
 
Dövlət sərhədləri ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Həmin ölkələr arasında Azərbaycan və Türkiyə bayraqları da var.
 
Xəritənin ortasında “Ukrayna naminə birləşmə” mənasını verən “United for Ukraine” yazısı yer alıb. Formanın arxa hissəsində isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.



Digər xəbərlər

Xəbər xətti