Azərbaycan güləşçiləri Antalyada 12 medal qazandı

Sportarena.az      11 May 2022 , 00:22

Türkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında "Victory cup" turnirinə start verilib.

Sportarena.az xəbər verir ki, ənənəvi yarışda Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan, İran və Fransadan ümumilikdə 344 idmançı iştirak edir. İlk iki yarış gününün yekununda güləşçilərimiz 12 (2 qızıl, 4 gümüş, 6 bürünc) medal qazanıb.

Sərbəst güləşçilərimizdən Ağanəzər Novruzov (71 kq) qızıl, Sadiq Hüseynov (45 kq) gümüş, Muhəmməd İsmayılov (45 kq), Elman Ağayev (51 kq), Ağa Qasımov (60 kq) və Kəlbəxan Bakdəmirov (71 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimizdən Murad Əliyev (51 kq) qızıl, Hüseyn Savadov (45 kq), Məhəmməd Qasımzadə (60 kq) və Davud Məmmədov (71 kq) gümüş, Vüsal Quluzadə (51 kq) isə bürünc medal əldə edib.

Qadın güləşində isə Aysel Məmmədzadə (46 kq) bürünc medal qazanıb.

Bu gün həmçinin digər çəkilərdə mübarizəyə start verilib. Sərbəst güləşdə Vasif Bağırov (48 kq), İlyas İsayev (65 kq) və Şəmistan Axundov (80 kq) finala yüksəlib. Təbriz Bayramov (80 kq) bürünc medal üçün güləşəcək. Yarımfinal görüşündə hesabda 5:1 öndə olarkən ayağından ciddi zədə alan Musa Ağayev (65 kq) isə yarışı başa vurmaq məcburiyyətində qalıb.

Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq), Əli Əlizadə və Seymur Qasımov (hər ikisi 65 kq) finala vəsiqə qazanıb. Tural Əhmədov (55 kq) və İsmayıl Rzayev (80 kq) isə təsəlliverici görüşə çıxacaq.

Qızların yarışında Elvina Kərimzadə (43 kq) və Ruzanna Məmmədova (49 kq) finala adlayıb. Yarımfinalda məğlub olan Fatimə İsayeva (65 kq) isə bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin