"Borussiya" Haalandın yerinə 20 yaşlı futbolçu transfer etdi

01:25 11 May 2022

Erlinq Haalandı "Mançester Siti"yə satan "Borussiya" heyətini yeni hücumçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi "Zaltsburq"dan Kərim Adeyemini transfer edib. Məlumatı Almaniya klubunun rəsmi saytı yayıb.

 

20 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Gənc futbolçu yeni klubuna yayda qoşulacaq.

 

Kərim Adeyemi 2019-cu ildən "Zaltsburq"da çıxış edir. Almaniya millsinin üzvü cari mövsümdə Avstriya klubunun heyətində meydana çıxdığı 42 rəsmi matçda 23 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti