Türkiyə kuboku: “Kayserispor” ilk finalçı oldu - VİDEO

12:07 11 May 2022

Türkiyə Kubokunda ilk finalçı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Kayserispor" və "Trabzonspor" üz-üzə gəlib. 4:2 hesablı qələbə qazanan "sarı-qırmızılar" finala yüksəlib.

 

Digər finalçının adına bu gün baş tutacaq "Sivasspor" - "Alanyaspor" matçından sonra aydınlıq gələcək.

 

"Kayserispor" - "Trabzonspor" 4:2

Qollar: Emrah Başsan, 48, 90+6, Məcid Hoseyni, 59, Mame Tiam, 90+1 - Antoni Nnakaeme, 3, Anastasios Bakasetas, 82

İlk oyun: 0:1 

 

 


Digər xəbərlər

Xəbər xətti