Tanınmış jurnalist Məzahir Süleymanzadə vəfat edib

15:26 11 May 2022

AFFA və “Neftçi”nin keçmiş mətbuat xidmətinin rəhbəri Məzahir Süleymanzadə vəfat edib.

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı mərhumun qardaşı Tahir Süleymanov yayıb.

Fəxri bədən tərbiyəsi və idman xadimi 69 yaşında dünyasını dəyişib.

1952-ci il dekabrın 22-də Bakıda anadan olan M.Süleymanzadə 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edib. O, həmçinin çoxsaylı kitablar müəllifidir. M.Süleymanzadə 1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. O, 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 


Digər xəbərlər

Xəbər xətti