"Barselona"nın futbolçusu huşunu itirdi

16:30 11 May 2022

"Barselona"nın futbolçusu Ronald Arauxo İspaniya La Liqasında XXXVI turunda "Selta" ilə ev oyununda ağır zədə alıb.

Sportarena.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ikinci hissədə komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Nəticədə uruqvaylı oyunçu huşunu itirib və yerə yıxılıb. Arauxo 68-ci dəqiqədə meydanı təcili yardım avtomobili ilə tərk edib.

"Barselona" "Selta"nı 3:1 hesabıyla məğlub edib. 


Xəbər xətti