UEFA Avropada futbolun inkişafı üçün 2024-2028-ci illərdə quruma üzv olan 55 milli assosiasiyaya 935 milyon avro yardım ayıracaq.
Sportarena.az xəbər verir ki, bununla bağlı qərar UEFA-nın Avstriyanın paytaxtı Vyanada keçirilən 46-cı Konqresində qəbul olunub.
Təyin olunan maliyyə vəsaiti bərabər məbləğdə bölüşdürüləcək. Nəticədə hər bir assosiasiyaya, o cümlədən AFFA-ya 4 il ərzində ümumilikdə 17 milyon avro ödəniş ediləcək.
Bu məbləğ 2020–2024-cü illəri əhatə edən və 775 milyon büdcəsi olan əvvəlki layihəni 27 faiz üstələyir.