Futbol üzrə İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Osasuna” – “Xetafe” matçında qalib müəyyənləşməyib. “Sevilya” – “Mayorka” matçında ümumiyyətlə hesab açılmayıb. Üç qolun qeydə alındığı “Alaves” – “Espanyol” qarşılaşması meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Atletiko” isə səfərdə “Elçe” ilə üz-üzə gəlib. Madrid təmsilçisi turu inamlı qələbə ilə başa vurub.
İspaniya La Liqası
36-cı tur
Alaves – Espanyol 2:1
Qol: De La Fuente, 7. Eskalante, 59 – De Tomas, 14-pen.
Osasuna – Xetafe 1:1
Qol: Oyer, 9 – Torro, 20-öz qapısına.
Sevilya – Mayorka 0:0
Elçe – Atletiko 0:2
Qol: Kunya, 28. De Paul, 62.