Futbol üzrə Türkiyə kubokunda sonuncu finalçı müəyyənləşib. Sportarena.az xəbər verir ki, bu gün yarımfinalın cavab oyunları çərçivəsində “Sivasspor” və “Alanyaspor” komandaları üz-üzə gəlib.
Səfərdə baş tutan ilk oyunda 2:1 hesabıyla qalib gələn Sivas təmsilçisi cavab oyununda bu üstünlüyünü qoruyub və finala vəsiqə qazanıb.
Bu komandanın finaldakı rəqibi “Kayserispor” olacaq. Həlledici matç mayın 26-da keçiriləcək.
Türkiyə kuboku
Yarımfinalın cavab oyunları
Sivasspor – Alanyaspor 1:1
Qol: H.Arslan, 88 – Dyedyu, 78.
İlk oyun – 2:1.