"Qarabağ"ın futbolçusu xəstəxanaya yerləşdirildi

11:48 12 May 2022

"Ankaragücü"ndə icarə əsasında çıxış edən "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ağır xəstəlik keçirib.

Sportarena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Futbol Şöbəsinin koordinatoru Emre Yıldız açıqlama verib.

Qanalı hücumçu xəstəxanaya yerləşdirilib və 2 gün orada qalıb. Ovusu bu səbəbdən "Boluspor" və "Keçiörengücü" komandalarına qarşı I liqa matçlarında iştirak edə bilməyəcək.

Cari mövsümün əvvəlindən "Ankaragücü"ndə çıxış edən Ovusu Kvabena meydana çıxdığı 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

​Ankara təmsilçisi yeni mövsümdə Super Liqada mübarizə aparacaq. 


Digər xəbərlər

Xəbər xətti