“Nike” Moskva “Spartak”ı ilə əməkdaşlığı dayandırdı

15:20 12 May 2022

“Nike” şirkəti Rusiyanın “Spartak” (Moskva) klubu ilə əməkdaşlığı dayandırıb. Sportarena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
ABŞ şirkəti məsələ ilə bağlı “Spartak”ı məlumatlandırıb. “Nike” bu qərarını Moskva təmsilçisinin növbəti mövsümdə avrokuboklarda iştirak etməməsi ilə izah edib. 
 
“Nike” 2005-ci ildən “Spartak”ın sponsoru idi. Moskva klubu hazırda yeni avadanlıq tədarükçüsü axtarır. 


Digər xəbərlər

Xəbər xətti