Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış bir oyun keçirilib. Sportarena.az xəbər verir ki, günün yeganə matçında lider “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
Artıq çempionluğu təmin edən Ağdam təmsilçisi üçün tamamilə formal xarakter daşıyan matçda sumqayıtlılara xal və xallar çox lazım idi. Amma çempion bu matçda da darmadağına sevinib.
Azərbaycan Premyer Liqası
16-cı turun oyunu
12 may
“Qarabağ” – “Sumqayıt” 5:0
Qol: F.Ozobiç, 4. P.Andrade, 11. K.Borges, 30; 52. İ.Vadji, 31.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev.
Bakı. “Azersun Arena”, 19:00.