"Mançester Siti"nin ev oyunlarını keçirdiyi "Etihad Stadionu"nun qarşısında Serxio Aqueronun heykəli inşa olunub.
Sportarena.az xəbər verir ki, bu, "şəhərlilər"in 2012-ci ildə qazandığı İngiltərə çempionluğunun 10 illik yubileyinə ithaf olunub. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, "Mançester Siti" 2012-ci ilin 13 may tarixində Premyer Liqanın son turunun QPR-lə oyununun 93.20-ci dəqiqəsində argentinalı hücumçunun vurduğu qolla 44 illik fasilədən sonra ölkə çempionu olmuşdu.