Qurban Qurbanovla 250-ci qələbə

Sportarena.az      13 May 2022 , 12:32

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında Premyer Liqada 250-ci qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, bu, XVI turdan təxirə salınan “Sumqayıt”la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

 

2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-sində qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

 

Qeyd edək ki, Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin