“Ayaks” yeni baş məşqçisinin adını rəsmən açıqladı

12:46 13 May 2022

"Ayaks" mövsümün sonunda komandanı tərk edəcək Erik ten Haqın yerinə yeni baş məşqçi təyin edib.

 

Sportarena.az xəbər verir ki, Amsterdam təmsilçisini hazırda "Brügge"nin baş məşqçisi olan Alfred Şroder çalışdıracaq. Məlumatı Niderland klubunun rəsmi saytı yayıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Ayaks"ın hazırki baş məşqçisi Erik ten Haq yeni mövsümdə "Mançester Yunayted"i çalışdıracaq. 


Digər xəbərlər

Xəbər xətti