İspaniya La Liqasını tərk edəcək ilk klub məlum oldu

15:05 13 May 2022

Yeni mövsümdə İspaniya La Liqasında iştirak hüququnu itirən ilk klub müəyyənləşib. “Levante” klubunun növbəti mövsümü Sequndada keçirəcəyi dəqiqləşib.
 
Valensiya təmsilçisi 36-cı turda səfərdə "Real"a 0:6 hesabı ilə uduzmaqla elitaya vida edib.
 
“Levante” mövsümün sonuna 2 tur qalmış 29 xalla sonuncu - 20-ci yerdədir. 


Digər xəbərlər

Xəbər xətti