AFFA "Neftçi" və "Qəbələ"ni cərimələdi

15:49 13 May 2022

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportarena.az xəbər verir ki, toplantıda Premyer Liqamızın 26-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib. 

“Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. 

"Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. Həmçinin, "ağ-qaralar"ın fanatları tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunub. 


Digər xəbərlər

Xəbər xətti