Ən çox het-trik edən futbolçuların siyahısı bəlli oldu

11:42 14 May 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox het-trik edən oyunçuların siyahısını açıqlayıb. "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo bu göstəricidə ilk sırada yer alıb. Portuqaliyalı forvard XXI əsrdə 60 dəfə het-trik edib.

PSJ-də çıxış edən Lionel Messi isə 55 dəfə bir oyunda 3 qol vurub. O, siyahının 2-ci pilləsində yer alıb.

XXI əsrdə het-trik edən futbolçular
İlk "onluq"

1. Kriştiano Ronaldo (Portuqaliya) - 60
2. Lionel Messi (Argentina) - 55
3. Əli Aşfaq (Maldiv adaları) - 35
4. Robert Levandovski (Polşa) - 30
5. Luis Suares (Uruqvay) - 29
6. Əli Mabxut (Birləşmiş Ərəb Əmirlikləri) - 25
7. Aleksander Dyuriç (Sinqapur) - 22
8. Neymar (Braziliya) - 21
9. Zlatan İbrahimoviç (İsveç) - 20
10. Firas Əl-Xətib (Suriya) - 20 


Digər xəbərlər

Xəbər xətti