Azərbaycanlı hücumçu mövsümü 11 qolla başa vurdu

12:33 14 May 2022

Almaniyanın Qərb Regional Liqasında XXVIII turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası mövsümün son matçında doğma meydanda “Vyedenbrük”ə qalib gəlib – 5:1. Rüfət bu oyunun iştirakçısı olmayıb.

 

“Şalke 2” bu nəticədən sonra 47 xalla 20 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

 

Dadaşov geridə qalan mövsümdə “Şalke”nin ikinci komandasının heyətində 19 oyuna çıxıb və 11 qol vurub. Bu nəticə ilə o, sözügedən komandanın ən yaxşı bombardiri olub. 


Digər xəbərlər

Xəbər xətti