“Nyukasl”ın yeni mövsüm üçün forması Səudiyyə Ərəbistanı millisinin rənglərində olacaq

13:02 14 May 2022

İngiltərənin “Nyukasl” klubunun yeni mövsüm üçün səfər forması Səudiyyə Ərəbistanı milli komandasının formasına uyğun hazırlanacaq.
 
Sportarena.az xəbər verir ki, komandanın səfər forması ağ-yaşıl rəngdə olacaq. Komanda ev matçlarına ənənəvi olaraq ağ-qara forma ilə çıxacaq.
 
“Nyukasl”ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi. 


Xəbər xətti