Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. Sportarena.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı adına 8 namizəd var.
Bunlar Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Cerrod Bouen (“Vest Hem”), Joao Kanselo, Kevin de Bruyne (hər ikisi “Mançester Siti”), Bukayo Saka (“Arsenal”), Son Xın Min (“Tottenhem”) və Ceyms Uord-Prouzdur (“Sauthempton”).
Mövsümün ən yaxşı məşqçisi adına isə beş mütəxəssis namizəddir. Bunlar Xosep Qvardiola (“Mançester Siti), Patrik Vieyra (“Kristal Pelas”), Tomas Frank (“Brentford”), Eddi Hau (“Nyukasl”) və Yurgen Kloppdur (“Liverpul”).