Çin Asiya Kubokuna ev sahibliyindən imtina edib

14:48 14 May 2022

Çin 2023-cü ildə keçirilməsi planlaşdırılan futbol üzrə Asiya Kubokuna ev sahibliyindən imtina edib.

 

Sportarena.az Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının ölkənin sosial-iqtisadi vəziyyətinə təsiri səbəb olub.

 

Təşkilat Komitəsinin növbədənkənar iclasından sonra yarışın Çində gerçəkləşməyəcəyi açıqlanıb. AFC Asiya Kuboku ilə bağlı yeni qərarların yaxın günlərdə ictimaiyyətə təqdim olunacağını diqqətə çatdırıb.

 

Qeyd edək ki, turnir 2023-cü il 16 iyun - 16 iyul tarixində keçirilməlidir. Çin artıq yarışa hazırlığın bir neçə mərhələsini keçib və Asiya Kubokunun loqosunu da təqdim edib. 


Digər xəbərlər

Xəbər xətti