"Fənərbaxça" mərkəz müdafiəçisi ilə yeni müqavilə imzalayacaq

15:00 14 May 2022

Türkiyənin "Fənərbaxça" klubu mövsümün sonunda müqaviləsi başa çatan Serdar Azizlə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı mərkəz müdafiəçisi ilə yola davam edəcək. "Sarı-lacivərtlilər" yaxın günlərdə Türkiyə millisinin üzvü ilə yeni müqavilə imzalayacaq.

 

Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yanvarında "Qalatasaray"dan keçib. Təcrübəli futbolçu "kanarya"nın heyətində meydana çıxdığı 91 matçda 9 qol vurub. 


Xəbər xətti