Mahir Emreli "Dinamo" ilə Xorvatiya çempionu oldu

10:13 16 May 2022

Azərbaycan millisinin forvardı Mahir Emreli "Dinamo"nun heyətində Xorvatiya çempionu olub.

Sportarena.az xəbər verir ki, Zaqreb təmsilçisi ölkə çempionluğunu təmin edib.

Bu gün 35-ci tur çərçivəsində səfərdə "Şibenik"ə 2:qalib gələn Mahirin komandası çempion olmağı bacarıb. Belə ki, paytaxt təmsilçisi xalların sayını 76-a çatdıraraq sona bir tur qalmış birinciliyi əldə edib. Mahir isə bu matçın iştirakçısı olmayıb, o, sona qədər ehtiyatda qalıb.

"Şibenik" - "Dinamo" (Zaqreb) - 0:2
Qollar: 
Toliç, 40, Boçkay, 53 


Xəbər xətti