Türkiyənin "Alanyaspor" klubu azərbaycanlı qaziləri oyunlarına dəvət edib.
Sportarena.az xəbər verir ki, məlumatı Super Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Qazilərimiz 37-ci tur çərçivəsində "Alanyaspor"un "Qaziantep"lə keçirdiyi matça (3:0) dəvət olunub. Qarşılaşmadan əvvəl Alanya təmsilçisinin prezidenti Hasan Çavuşoğlu Vətən Müharibəsi iştirakçılarına xatirə hədiyyəsi, medal, imzalı forma və Türkiyə bayrağı hədiyyə edib.