"Neftçi"nin legioneri 50-yə çatdı

Sportarena.az      16 May 2022 , 11:18

“Neftçi”nin futbolçusu Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, onun yubileyi “Zirə” ilə XXVII turun matçına təsadüf edib. Bu qarşılaşmada 24 yaşlı nigeriyalının komandası 0:1 hesabı ilə uduzub.

 

50 matçda 3 qol vuran yarımmüdafiəçi bütün oyunları “Neftçi”nin heyətində keçirib. Bakı klubunda 2020/21 mövsümündə debüt edən legioner həmin çempionatda 24 dəfə meydana çıxıb və 2 qol vurub. Cari mövsümdə 26 dəfə şans qazanan Lavalın hesabında 1 top var.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin