“Bursaspor” Namik Ələskərovla müqaviləyə xitam verir

16:09 16 May 2022

Azərbaycan millisinin üzvü Namiq Ələsgərov “Bursaspor”da qalmayacaq.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəhbəri Ömer Furkan bu gün keçirilən mətbuat konfransında iştirak edərkən deyib.

Onun sözlərinə görə, Ələsgərov da daxil olmaqla komandada olan 7 legionerin hamısı müqaviləsinin qüvvədə olub-olmamasından asılı olmayaraq komandanı tərk edəcək.

Buna səbəb komandanın birinci divizionu tərk etməsi və ikinci liqada əcnəbi futbolçuların iştirakına icazə verilməməsidi: “Yaxın günlərdə klub bu məsələlərin həllinə çalışacaq. "Bursaspor"un xeyrinə olacaq qərarları verəcəyik". 


Digər xəbərlər

Xəbər xətti