PSJ-nin futbolçusu Kilian Mbappe "Real"a keçəcək.
Sportarena.az xəbər verir ki, bu barədə italyan jurnalist Canluka Di Marsio məlumat yayıb. O bildirib ki, tərəflər 5 illik müqavilə ilə bağlı şifahi razılığa gəliblər.
Mbappenin Madrid klubunda məvacibi vergilər daxil olmaqla 50 milyon avro təşkil edəcək. Futbolçuya 100 milyon avro imza pulu ödənəcək.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin