İngiltərədə mövsümün ən yaxşısı adına namizədlərin adları açıqlandı - Ronaldo siyahıda yoxdur

13:14 17 May 2022

İngiltərə Premyer Liqası rəsmi saytında 2021/2022 mövsümü üçün ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını dərc edib. Sportarena.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo siyahıya düşməyib.
 
İddiaçıların siyahısında bu futbolçular yer alıb: Trent Aleksandr Arnold, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Jarrod Boven (“vest Hem”), Joao Kanselo, Kevin De Bruyne (hər ikisi “Mançester Siti”), Son Xın Min (“Tottenhem”), James Uord-Praus (“Sauthempton”), Bukayo Saka (“Arsenal”).
 
Ən yaxşı futbolçu azarkeşlər, İngiltərənin yüksək divizionunun 20 klubunun kapitanı və futbol mütəxəssisləri arasında səsvermə yolu ilə müəyyən olunacaq. 


Digər xəbərlər

Xəbər xətti