"Biz uduza, çempion olmaya bilərik, amma döyüşmək mütləqdir" - Qurban Qurbanov

17:38 17 May 2022

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan bugünkü tədbirdə çıxış edib. Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Bizim bütün uğurlarımızda elə insanlar var ki, çoxları onları görmür. Bütün sıravi işçilərimizə təşəkkür edirəm. Eyni zamanda rəhbərliyə minnətdaram ki, bütün istəklərimizi yerinə yetirdilər və uğurlarımızın təməlini qoydular.
 
Futbolçularımza hər zaman döyüşçülər kimi müraciət edirəm. Çox istəyirəm ki, daha yaxşı döyüşçü, vətənpərvər olasınız. Heç vaxt heç bir bölgəmizi ayırmaq istəmirəm, amma bircə Qarabağın yeri başqadır. Bu komandada döyüşçü olmayan şəxs yer ala bilməz. Biz uduza, çempion olmaya bilərik, amma döyüşmək mütləqdir. Çünki Qarabağ bir dəyərdir. Dövlət başçısının bu komandaya diqqəti tam fərqli olub. Ona görə də məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur. Mən sizdən döyüşməyi tələb edəcəyəm".


Xəbər xətti