Burak Yılmaz "Lill"dən ayrılır

15:05 18 May 2022

Burak Yılmaz "Lill"dən ayrılacaq.

Sportarena.az xəbər verir ki, 36 yaşlı forvard klubla müddəti bitən müqaviləsini yeniləməyəcək.

Burak komanda yoldaşlarına, məşqçilərinə və klubun işçilərinə ziyafət təşkil edib. O, qonaqlıqda ona dəstək olanlara təşəkkür edib.

​2020-ci ilin avqustundan "Lill"də çıxış edən türk hücumçu 72 matçda 25 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu komanda ilə Liqa 1-də çempion olub. 


Digər xəbərlər

Xəbər xətti