Region Liqasında finala yüksələn komanda dəyişib.
Sportarena.az xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən "Araz-Naxçıvan"ın əvəzinə "Xan Lənkəran" klubu finalda iştirak edəcək.
İntizam Komitəsinin qərarını diqqətinizə çatdırırıq:
AFFA tərəfindən təşkil olunan həvəskar statuslu Region Liqası turnirinin 1/2 final mərhələsi çərçivəsində mayın 15-də keçirilmiş “Xan Lənkəran” – “Araz-Naxçıvan” oyunu ilə bağlı AFFA İntizam Komitəsinin 18 may 2022-ci il tarixli müvafiq qərarı (heyətində peşəkar müqaviləsi olan futbolçular aşkarlandığı üçün “Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi) nəzərə alınaraq, Region Liqasının mayın 20-də keçiriləcək final oyununda “Cəbrayıl” və “Xan Lənkəran” komandaları qarşılaşacaq.