“Joze Mourinyo bu turnir üçün əla reklamdır” - UEFA prezidenti

19:49 18 May 2022

UEFA prezidenti Aleksander Çeferin “Roma”nın baş məşqçisi Joze Mourinyonun emosiyalarından danışıb. “Roma” Konfrans Liqasının finalına vəsiqə qazandıqdan sonra portuqaliyalı mütəxəssis Çeferinə mesaj göndərib:
 
“Çoxu Konfrans Liqasına şübhə ilə yanaşırdı. Amma etiraf etməliyəm ki, hətta qızlar da mənə “Roma” bu turnirin finalına yüksələndən sonra Mourinyonun göndərdiyi qədər ürək emojisi göndərmədilər. Mourinyo futbol üçün yaşayan və onunla çox emosional davranan adamdır. O, artıq klub səviyyəsində hər şeyi qazanıb. Mourinyonun indi Konfrans Liqasının ilk qalibi olmaq imkanı var ki, bu da onun üçün çox şey deməkdir. Bu, turnir üçün əla reklamdır”.
 
Konfrans Liqasının final matçı  – “Roma” – “Feyenoord” oyunu mayın 25-də Tiranadakı (Albaniya) “Arena Kombetare” stadionunda keçiriləcək.


Xəbər xətti