Ronaldo 1 milyon avroya saat aldı - Futbolçunun avtomobilinə uyğun dizayn edilib

00:07 19 May 2022

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo bahalı əşyalar kolleksiyasına yenisini əlavə edib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu özünə yeni saat alıb. "A Bola"nın məlumatına görə, Ronaldonun yeni saatının qiyməti 1 milyon avrodur.

 

Bu saatdan dünyada cəmi 126 ədəd var. 232 briliyant və 109 qara sapfir daşı ilə bəzədilmiş saat Ronaldonun "Bugatti Chiron" markalı avtomobilinə uyğun şəkildə dizayn olunub. Saatda "CR7" loqosu da yer alıb.


Digər xəbərlər

Xəbər xətti