Xorvatiyalı müdafiəçi "Beşiktaş"la vidalaşır

04:14 19 May 2022

“Beşiktaş”ın xorvatiyalı müdafiəçisi Domaqoy Vida 4.5 mövsümdür formasını geyindiyi Türkiyə klubundan ayrılır. 33 yaşlı futbolçu Super Liqada 2021/22 mövsümü bitən kimi İstanbul təmsilçisini tərk edəcək.
 
O, artıq klubdakı bütün dostlarına növbəti mövsümdə “Beşiktaş”da olmayacağını bildirib. Vidanın hətta klubdakı bütün işçilərə xatirə hədiyyəsi verdiyi də bildirilir. O, klub əməkdaşlarına imzalı formasını və bahalı telefon hədiyyə edib. Hədiyyələrin ümumi məbləğinin 336 min TL təşkil etdiyi iddia olunur.
 
Xatırladaq ki, Vida 2018-ci ildə Kiyev “Dinamo”sundan “Beşiktaş”a transfer olunmuşdu. 


Digər xəbərlər

Xəbər xətti