Bu gün saat 23:00-dan etibarən Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat yayıb. Yolun bağlanması "Formula 1" üzrə Azərbaycan qran-prisinə hazırlıq işləri ilə əlaqədardır. Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Azərbaycan qran-prisi 10 - 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.