"Marca" nəşri Luka Modriçi mükafatlandırdı

17:17 19 May 2022

"Real"ın futbolçusu Luka Modriç mükafatlandırılıb.

Sportarena.az xəbər verir ki, İspaniyanın "Marca" nəşri xorvat futbolçuya "Əfsanə" mükafatını verib.

Mükafat idmançılara karyerası ərzində göstərdikləri xidmətləri təltif etmək üçün verilir.

​Modriç bu mövsüm La Liqada 27 matçda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti