"Turan Tovuz"un stadionunun ot örtüyü yenilənir - FOTOLAR

17:43 19 May 2022

Bu gündən etibarən AFFA tərəfindən Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi işlərinə başlanılıb.

 

Sportarena.az xəbər verir ki, hazırkı ot örtüyünün sökülməsi başa çatdıqdan sonra standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq. 

 

Qeyd edək ki, yeni mövsümdən etibarən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" ev oyunlarını Tovuz şəhər stadionunda keçirir. 



Digər xəbərlər

Xəbər xətti