Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina etdi

17:58 19 May 2022

İtaliyanın “Milan” klubunda çıxış edən İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib.
 
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı hücumçu milli komandadan göndərilmiş dəvəti qəbul etməyib.
 
Təcrübəli forvard millidəki karyerasını başa vurmasa da, fiziki formasında problem yaşadığı mövsümdən sonra fasilə vermək qərarına gəlib.
 
İsveç millisi Millətlər Liqasında mübarizəyə iyunun 2-də Sloveniya səfərində başlayacaq. Komanda iyunun 5-də və 12-də Norveçlə, iyunun 9-da Serbiya ilə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti