"Kəpəz" azarkeşləri aksiyaya hazırlaşır

09:00 20 May 2022

"Kəpəz" yeni mövsümdən Premyer Liqada çıxış edəcək.

Sportarena.az sportinfo.az saytına istinadən xəbər verir ki, klub ətrafında qalmaqallar, söz-söhbətlər səngimək bilmir.

Yerli tərəfdarların əsas problem yaşadığı şəxs isə birbaşa baş məşqçi Yaşar Vahabzadədir.

Uzun müddətdir yerli publika onun getməsini istəyir. AFFA rəhbərliyi isə əksinə, təcrübəli mütəxəssisi növbəti mövsüm də komandanın başında görməkdə qərarlıdır.

​Elə fanatların da səbr kasasını daşıran bu qərardır. Gəncədəki fanatlar saytımıza bildirib ki, qəti sürətdə bu durumla barışmaq fikrində deyillər. Hətta bu ayın 25-nə kimi narazı fanatlar Bakıda rəsmi icazə əsasında etiraz aksiyası keçirməyi planlaşdırırlar. Özü də paytaxt Bakıda.


Digər xəbərlər

Xəbər xətti