Bu mövsüm Azərbaycan çempionu olan "Qarabağ" Çempionlar Liqasının oyunlarına hazırlıq planları ilə bağlı qərar verib.
Qurban Qurbanovun komandası iyunun 20-də toplanaraq Avstriyaya yollanacaq.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə Ağdam təmsilçisi məhz bu ölkədə hazırlaşacaq. "Qarabağ" bu mərhələdə hansı komanda ilə qarşılaşarsa, Avstriyadan həmin ölkəyə birbaşa uçacaq. (sportal)