Gənclər və idman naziri Fərid Qayıbov rayon gənclər və idman idarələrinin rəisləri ilə görüşüb. Sportarena.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yerli idarələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayan Qayıbov onlara gənclər evləri, olimpiya idman kompleksləri və digər təşkilatlarla daha sıx əməkdaşlıq şəraitində işləməyi tövsiyə edib.
Bildirib ki, hər bir idarə öz fəaliyyətini müasir tələblərə uyğun qurmalıdır.
Nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva müvafiq olaraq, idman və gənclər siyasəti sahələrində görülməli işlərlə bağlı fikirlərini bildirib, təkliflərini diqqətə çatdırıblar.
Görüş zamanı nazir gənclər və idman idarələrinin rəislərini dinləyib, onların təklifləri və qaldırdıqları məsələlərlə maraqlanıb.