İngiltərə çempionatı: “Çelsi” doğma meydanda xal itirdi

13:28 20 May 2022

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Sportarena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

“Çelsi” doğma meydanda “Lester Siti” ilə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Aston Villa” – “Bernli” görüşündə də oxşar nəticə qeydə alınıb.

Beş qolun qeydə alındığı “Everton” – “Kristal Pelas” matçı isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası

18-ci tur

Aston Villa – Bernli 1:1
Qol: Buendia, 48 – Barnes, 45-pen.

27-ci tur

Çelsi – Lester Siti 1:1
Qol: Alonso, 34 – Meddison, 6.

33-cü tur

Everton – Kristal Pelas 3:2
Qol: Kin, 54. Riçarlison, 75. Kalvert-Levin, 85 – Mateta, 21. Ayyu, 36.


Digər xəbərlər

Xəbər xətti