Region Liqasının qalibinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, finalda "Cəbrayıl" "Xan Lənkəran"dan güclü olub. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv rəqibinə 1:0 qalib gələrək çempionluq sevinci yaşayıb.
Bununla da "Cəbrayıl" iyunun 17-23-də Azərbaycanda keçiriləcək UEFA Region kubokunda ölkəmizi təmsil edəcək.