"Xan-Lənkəran"ın baş məşqçisi İbrahim Uzunca Region Liqasının finalında "Cəbrayıl"a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
O, "CBC Sport"a açıqlamasında meydanda yüksək səviyyəli oyun getdiyini deyib:
"Azarkeşlərin də böyük dəstəyi ilə finala yaraşan matç oldu. Ümumi götürsək, üstünlük bizdə idi. Rəqibi təbrik edirəm. Amma epizodları dəyərləndirə bilsəydik, hər şey fərqli ola bilərdi. Son dəqiqələrdə penaltini qola çevirə bilmədik. Bu isə onu göstərir ki, favoritlər hər zaman qələbə qazanmır".