"Son dəqiqələrdə qapımıza penalti təyin olundu. Düşünürəm ki, bu gün uğur bizim tərəfimizdə idi. Rəqibimiz güclü idi. Xüsusilə hücum xəttində sürətli və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Əsas tapşırıq oyun nizam-intizamını qorumaq idi. Çünki matçın 90 və ya 120 dəqiqə davam edəcəyini bilmirdik".
Sportarena.az xəbər verir ki, bu sözləri "Cəbrayıl"ın prezidenti və baş məşqçisi Cavid Hüseynov Region Liqasının finalında "Xan-Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.