Anxel Di Mariya PSJ-dən ayrıldı

12:05 21 May 2022

Fransa çempionu PSJ Anxel Di Mariya ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, məlumatı Paris təmsilçisinin rəsmi saytı yayıb. Argentinalı hücumçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

 

Anxel Di Mariya PSJ-yə 2015-ci ilin yayında "Mançester Yunayted"dən keçib. 34 yaşlı futbolçu paytaxt klubunun heyətində keçirdiyi 7 mövsüm ərzində 18 titul qazanıb. O, 91 qol və 111 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti