Avropa Liqasında mövsümün rəmzi komandası açıqlandı

08:33 21 May 2022

Avropa Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.

Qol.az xəbər verir ki, "11-lik"də  turnirin qalibi "Ayntraxt"dan 4, "Reyncers"dən 3, "Leyptsiq" və "Vest Hem"dən isə hərəyə 2 futbolçu yer alıb. 

Qapıçı: Kevin Trapp ("Ayntraxt", Almaniya)

Müdafiəçilər: Kreyq Douson ("Vest Hem", İngiltərə), Martin Hintereqqer ("Ayntraxt"), Kelvin Uqelumba ("Reyncers", Şotlandiya)

Yarımmüdafiəçilər: Ceyms Tavernye ("Reyncers"), Konrad Laymer ("Leypsiq", Almaniya), Deklan Rays ("Vest Hem"), Filip Kostiç ("Ayntraxt")

Hücumçular: Kristofer Nkunku ("Leypsiq"), Rafael Borre ("Ayntraxt"), Rayan Kent ("Reyncers")


Digər xəbərlər

Xəbər xətti